Ronaldodan İrina Şeykə: `Xoşbəxt olmasını istəyirəm`

Ronaldodan İrina Şeykə: `Xoşbəxt olmasını istəyirəm`
  21 Yanvar 2015    Oxunub:2718
`Real`ın Portuqaliyadan olan ulduz futbolçusu Kriştiano Ronaldo model sevgilisi İrina Şeykdən ayrıldığını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə oyunçu `Associated Press`ə yazılı açıqlama göndərib və yazılan məlumatları təsdiq edib.

O bildirib ki, 5 ildir davam edən münasibətləri artıq bitib: "Bu addımın hər ikimiz üçün ən yaxşı qərar olduğunu düşündük. Ona bundan sonrakı həyatında uğurlar arzulayıram. Həmişə xoşbəxt olmasını istəyirəm`,deyə Ronaldo əlavə edib.


Teqlər:  





Xəbər lenti