11 ay əvvəl törədilən qətlin üstü açılıb
İş üzrə təxirəsalınmaz istintaq hərəkətləri aparılıb, o cümlədən çoxsaylı şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək rəylər alınmış və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.
Rayon hüquq-mühafizə orqanlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1985-ci il təvəllüdlü, İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Kazımov Zülfü Vaqif oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.
İstintaq zamanı Z.Kazımov istintaqa məlum olan şəxslə qabaqcadan əlbir olub R.Səfərovanı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri ilə öldürməsini etiraf etmiş və ona Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayəti törətmiş digər şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: