Azərbaycanlılar Uludağı `xilas etdilər`

Azərbaycanlılar Uludağı `xilas etdilər`
  22 Dekabr 2014    Oxunub:1996
Rusiyadakı iqtisadi böhran Türkiyənin məşhur istirahət mərkəzlərindən olan Uludağa xeyli ziyan vurub.
AzVision.az xəbər verir ki, iqtisadi böhranla üzləşən ruslar bu mövsüm qış tətilində “Uludağ”a gəlməkdən imtina ediblər.

Bu haqda Uludağda yerləşən Ağaoğlu otelinin müdiri Murad Pinarçı məlumat verib. Onun sözlərinə görə, bu mövsüm “Uludağ” ən çox Azərbaycan vətəndaşları üz tutublar.

“Bu sezon rus turistlərin sayında kəskin azalma oldu. Demək olar ki, rus turistlər çox azdır. Amma Azərbaycan bazarı bu sezon önə çıxdı. Azərbaycan bazarında satışlar çox yaxşıdır. Bu il azərbaycanlıların “Uludağ”a axını çox böyükdür”,-deyə M.Pinarçı əlavə edib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti