Yevlaxda 5 otaqlı ev yanıb

Yevlaxda 5 otaqlı ev yanıb
  21 Dekabr 2014    Oxunub:1344
Yevlax rayonunda güclü yanğın olub.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Aran qəsəbəsində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 182 kv.m olan birmərtəbəli 5 otaqlı evin tavanı və çardağının yanar konstruksiyaları 102 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub.

Yanğın saat 10:58-də söndürülüb.



Teqlər:  





Xəbər lenti