Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  21 Dekabr 2014    Oxunub:1598
Azərbaycanın bəzi yerlərində havanın temperaturu yenidən yüksələrək 14 dərəcəyə çatacaq.
Mülayim hava şəraitinin ölkə ərazisində yaxın günlər ərzində də davam edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 21-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti