`Tək ümidimiz prezidentədir`- Dilqəmin ailəsi

`Tək ümidimiz prezidentədir`- Dilqəmin ailəsi
  28 Noyabr 2014    Oxunub:1768
`Əli Həsənovun özü gəlib-getməsə də, ailəmizlə həmişə maraqlanır`.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılarla yaxın günlərdə yenidən görüş keçirəcək.

Bu barədə AzVision.az-a Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. O, bildirib ki, görüş bir həftə ərzində baş tuta bilər:

“Bizi BQXK-nə çağırdılar. Dedilər ki, görüşlə bağlı yenidən məktub yazmalıyıq. Görüş bir həftə ərzində baş tuta bilər. Onların səhhətləri barəsində isə həmişə dedikləri sözləri təkrarlayırlar. Ümidimiz prezidentimizədir. Baş nazirin müavini Əli Həsənov bizim ailəni həmişə diqqət mərkəzində saxlayır. Əli Həsənovun özü gəlib-getməsə də ailəmizlə həmişə maraqlanır”.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.


Teqlər:  





Xəbər lenti