`Qarabağ münaqişəsi İran üçün də problemdir`

`Qarabağ münaqişəsi İran üçün də problemdir`
  28 Noyabr 2014    Oxunub:1213
Biz hərbi təcavüzə qarşıyıq və arzu edirik ki, Dağlıq Qarabağ işğaldan azad olunsun.
İranın Qərbi Azərbaycan əyalətinin başçısı Qurbanəli Səadət bu sözləri bir qrup azərbaycanlı jurnalistlə görüşündə deyib.

Q.Səadət bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi İran üçün də problemdir. Bu vəziyyət bizi də narahat edir. Təəssüf ki, münaqişənin həlli uzanır. Xalqlar bir-biri ilə münasibətlərini pozmamalıdır.

İran-Azərbaycan münasibətlərinin qədim zamanlardan mövcud olduğunu deyən Q.Səadət vurğulayıb ki, bu əlaqələrin inkişafı üçün heç bir maneə yoxdur. O, əmin olduğunu bildirib ki, İran və Azərbaycan rəhbərliyinin iradəsi ilə dost, qonşu, tarixi və dini köklərə malik xalqlarımızın münasibətləri daha da inkişaf edəcək. Əyalət rəhbəri Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.


Teqlər:





Xəbər lenti