Miss-Media | 20 yaşlı Nənə - FOTOLAR, VİDEO

Miss-Media | 20 yaşlı Nənə - FOTOLAR, VİDEO
  26 Noyabr 2014    Oxunub:24223
AzVision.az-ın `Miss-Media` layihəsində sizi ölkə mediasının gözəl xanımları ilə tanış edirik. Rubrikanın budəfəki qonağı ATVxəbər.az saytının müxbiri Nərgiz Nənədir.

Nərgiz Əzizova
1994-cü il fevralın 4-də Bakı şəhərində anadan olub. Hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində qiyabi təhsil alır.

17 yaşında jurnalistikaya ilk addımlarını atıb. İlk iş yeri publika.az saytı olub. Hazırda isə ATVxəbər.az saytında tərcüməçi-müxbir kimi fəaliyyət göstərir.

Soyadı Əzizova olsa da, imzası Nənə-dir. Bu isə onun həm əvvəlki, həm də hazırda çalışdığı saytda bütün həmkarlarından kiçik olması ilə bağlıdır.

Sakit, üzüyola biri kimi görünən Nənə əslində çox əsəbidir. Elə ən sevmədiyi xasiyyəti də budur. Ən bəyəndiyin xüsusiyyəti isə istənilən işində məsuliyyətli olmasıdır.

“Mahnı oxumaq və ya musiqi alətlərində ifa etmək hobbi yox, daha çox həyat tərzidir mənim üçün. Həm də bu, uşaqlıqdan musiqi ilə məşğul olmağımla bağlıdır”,- deyir Nərgiz.

P.S. Çəkilişdə göstərdiyi köməyə görə `Qızıl Studiya`da çalışan saç ustası Nərgiz xanıma (055 379 79 38) və vizajist Gülər xanıma (055 371 70 71) təşəkkür edirik.

Foto və video: Nuron Məmmədov / AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti