ABŞ Rusiyaya qarşı hərbi texnika göndərir

ABŞ Rusiyaya qarşı hərbi texnika göndərir
  26 Noyabr 2014    Oxunub:1708
ABŞ NATO və Şərqi Avropa ölkələrində 150-yə yaxın tank və zirehli avtomobil yerləşdirməyi planlaşdırır.
AzVision.az-ın “Frans Press”-ə istinadən verdiyi məlumata görə, bu barədə general-leytenant Ben Hodces bildirib.

“Hərbçilər təlimlərdə iştirak edəcək və geri qayıdacaq. Texnikalar isə bu ölkələrdə qalacaq”, - deyə Hodces “Frans Press” agentliyinə müsahibəsində vurğulayıb.

Hodces bildirib ki, 50-yə yaxın zirehli texnika artıq yerləşdirilib. 100-ə yaxın “M1 Abrams” tipli tanklar və “Bradley” tipli zirehli maşınlar isə Almaniya və digər ölkədə yerləşdiriləcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti