Obamadan şok: müdafiə nazirini istefaya göndərdi

Obamadan şok: müdafiə nazirini istefaya göndərdi
  25 Noyabr 2014    Oxunub:1579
Nyu-York Tayms qəzeti Hagelin ABŞ Prezidenti Barak Obamanın tələbi üzərinə istefa verdiyi bildirir.
AzVision.az xəbər verir ki,əldə edilən məlumatda Obamanın İŞİD-ə qarşı mübarizədə Hagelin işini qeyri-kafi qiymətləndirdiyi məlum olub.

Obamanın 68 yaşlı Hagelin istefası barədə xəbəri yaxın zamanda elan edəcəyi qeyd edilir.

Hageli əvəz edə biləcək şəxslər arasında Mişel Fluornoy, keçmiş hərbçi Rod Aylənd senatoru Cak Rid və sabiq Müdafiə naziri müvini Eşton Kaerter var.


Teqlər:  





Xəbər lenti