100 yaşında ilk dəfə dənizi gördü - VİDEO

100 yaşında ilk dəfə dənizi gördü - VİDEO
  22 Noyabr 2014    Oxunub:2141
ABŞ-da 100 yaşlı qadın ən böyük arzusunu reallaşdırıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, 100 yaşlı Ruby Holt adlı kəndli doğum günü münasibətilə özünə hədiyyə hazırlayıb. Belə ki, o bu yaşında ilk dəfə olaraq dəniz sahilinə gələrək, okeanı seyr edib.

`Həmişə başqalarından bu haqda eşidirdim. Mənə dənizin necə möhtəşəm olduğunu deyirdilər. Amma bura gəlməyə, dənizi seyr etməyə maddi imkanım çatmayıb`,-deyə 100 yaşlı qadın əlavə edib.

Qeyd edək ki, 101 yaşına keçən qadının bu arzusunu "Wish of a Lifetime" adlı yerli vəqf gerçəkləşdirib.

Amerikalı Kadın, 100 Yaşında İlk Kez Denizi Gördü sondakika


Teqlər:  





Xəbər lenti