Bakıdan etiraz, həmsədrlər səhvini düzəltdi

Bakıdan etiraz, həmsədrlər səhvini düzəltdi
  21 Noyabr 2014    Oxunub:1370
ATƏT-in Minsk qrupu Ermənistana məxsus helikopterin Azərbaycanın işğal olunmuş ərazisində Silahlı Qüvvələrimiz tərəfindən vurulması ilə əlaqədar noyabrın 19-da yaydığı bəyanata düzəliş edib.

Həmsədrlər bəyanatda bundan əvvəl işlətdikləri “neytral ərazi” ifadəsini “məskunlaşmamış ərazi” ifadəsi ilə əvəz ediblər.

Həmsədrlərin Qərəzli bəyanatda helikopterin vurulduğu ərazini Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazisi olmasına baxmayaraq, “neytral ərazi” adlandırması haqlı olaraq Azərbaycan tərəfinin etirazına səbəb olmuşdu. Azərbaycanın Xarici İşlər Nazirliyi də bununla bağlı etiraz bəyanatı yaymışdı.(AzərTAc)


Teqlər:  





Xəbər lenti