Ərdoğandan Ermənistana sərt ittiham
“Bizim münasibətlərin qurulması istiqamətindəki bütün səylərimizə baxmayaraq Ermənistan və erməni diasporu sağlam fikirli bir yanaşma göstərmədilər. Biz bu məsələnin (“soyqırımı” iddiasını) siyasi müstəvidən kənarlaşdırılmasını istədik. Tarixçilərin, elm adamlarının, hüquqşünasların bu məsələni araşdırmasına şərait yaratmaq üçün biz arxivlərimizi açdıq. Əgər Ermənistanda belə arxivlər varsa qoy onlar da açsınlar. Üçüncü ölkələrdə varsa onlar da belə etsinlər. Ermənistandan fərqli olaraq əlaqələrimizi inkişaf etdirmək üçün addım atan, əlini uzadan yenə biz olduq. Təəssüf ki, bizim heç bir yaxşı niyyətimiz qarşılıq görmədi”.
Teqlər: