`İmkan verin işləyək` - Hüquq müdafiəçilərindən etiraz

`İmkan verin işləyək` - Hüquq müdafiəçilərindən etiraz
  31 Oktyabr 2014    Oxunub:2143
Bu gün İnsan Hüquqları üzrə Birgə Qrupun iclası keçirilib. AzVision.az xəbər verir ki, qrupun rəhbəri Sahib Məmmədov işçi qrupun fəaliyyətinin bərpa olunmasından və yeniliklərdən danışıb: “Hesab edirdik ki, İşçi Qrupun yaranması basqılarla müşayiət olunacaq. İşçi qrupun tərkibindəki hüquq müdafiəçilərinə əlavələr olunub. Mirvari Qəhrəmanlı və Əliməmməd Nuriyev qrupa qoşulub.

Gözlənildiydiyi kimi qrupun ilk iclasından sonra ictimaiyyət müzakirılər aşdı. Bunun yaxşı olmayan tərəfi isə buna qarşı aqressiv münasibətdir. Kimlərəsə siyahının başında bəzəkli adamalar lazımdır, bəzəkli adamların siyahıdan kənarda olmasını məqsədəuyğun saymırlar”.

S.Məmmədov qeyd edib ki, qurumun 2005-ci il siyahı ləğv edilib: “Artıq hüquq müdafiçiləri bilir ki, kimi müdafiə etmək lazımdır. Amma biz heç vaxt həbs olunanlara siyasi məhus deməmişik”.

Qrupun nümayəndəsi Novella Cəfəroğlu qurumun fəaliyyətinə yönələn tənqidəri cavablandırıb. Bildirib ki, İşçi Qrupun üzvlərinin sırasına bəzilərinin daxil edilməməsinin tənqid olunmasını əsassızdır:

“İntiqam Əliyev, Rəsul Cəfərov, Emin Hüseynovu cərgəmizdə görmək istəyərdik. Çalışacağıq ki, onlar azad olunsun və bizim sıralarımıza qoşulsun. Bizə 3 ay imkan versinlər addımlarımızı ataq, ondan sonra iradlar bildirsinlər. Bəlkə biz işləyə bilməyəcəyik?

Siyahımıza xoşumuz gəlməyən adamalar belə salınıb, biz öz dostlarımızın əlbəttə ki, azad edilməsinə çalışacağıq. Onların hamısı dostlarımızı olub, çiyin-çiyinə çalışmışıq”.

Novella Cəfəroğlu həbsdə olanların İşçi Qrup əleyhinə ərizələr yazmağından da danışıb: “Həbsdəki adamları bizi müdafiə etməmək üçün ərizə yazmağa məcbur etmək əxlaqsızlıqdır. Biz onların yanına getmişik, baş çəkmişik. İşçi qrupu yaratmışıq ki nöqsanlar, insan haqlarının pozulmasının qarşısını alaq. O uşaqların hamısı həbsdən çıxmalıdır, icazə verin işləyək. Regionlarda kifayət qədər işçi qrupumuz var, çox partiyalardan güclüyük. İstəmirik qarşıdurma olsun, bəyan edirik ki, qapımız açıqdır, kim istəyir gəlsin işləyək”.

Fatimə Kərimli
Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti