Gürcü nazir azərbaycanlı jurnalistlərlə görüşəcək

Gürcü nazir azərbaycanlı jurnalistlərlə görüşəcək
  31 Oktyabr 2014    Oxunub:1330
Sabah Gurcustanın Barış ve Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili ilə Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli mətbuat nümayəndələrinin göruşü keçiriləcək.
AzVision.az-ın APA-ya istinadən məlumatına görə, tədbir Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin təşəbbüsü ilə baş tutacaq. Görüşdə Gürcüstanda nəşr olunan azərbaycandilli mətbuatın problemləri, inkişaf etdirilməsinə qayğı və gündəmdə olan digər aktual məsələlərlə bağlı söhbət gedəcək, məqsədyönlü təkliflər irəli sürüləcək, fikir mübadiləsi aparılacaq.

Görüşdə dövlət naziri Paata Zakareişvili jurnalistlər qarşısında çıxış edəcək və jurnalistləri maraqlandıran sualları cavablandıracaq.


Teqlər:





Xəbər lenti