Prezident oğlu ilə xokkey oynadı

Prezident oğlu ilə xokkey oynadı
  28 Oktyabr 2014    Oxunub:3268
Belarus prezidenti Aleksandr Lukaşenkonun komandası Abu-Dabidə keçirilən yoldaşlıq oyununda Birləşmiş Ərəb Əmirliklərinin veteranlarından ibarət komandasını məğlub edib.
Bu barədə AzVision.az Belarusun “BELTA” agentliyinə istinadən xəbər verir.

Oyun qonaqların 13:7 hesablı qələbəsi ilə başa çatıb. Belarus prezidenti rəqibin qapısına üç şayba, onun 10 yaşlı oğlu Nikolay isə iki şayba göndərib. Ev sahibi komandanın oyunçuları öz karyeralarını dörd il əvvəl bitirib.

Lukaşenko oktyabrın 25-dən BƏƏ-də səfərdədir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti