Küçəyə atılan uşağa görə cinayət işi açıldı

Küçəyə atılan uşağa görə cinayət işi açıldı
  23 Oktyabr 2014    Oxunub:1243
Nəsimi rayonu ərazisində yerləşən 1 saylı körpələr evinin qarşısında yeni doğulmuş uşağın aşkar olunması faktı ilə bağlı cinayət işi açılıb.
Bakı şəhər prokurorluğundan AzVision.az-a verilən məlumata görə, oktyabrın 22-də saat 14 radələrində tapılan uşağa tibbi yardım stansiyasının həkimləri tərəfindən müvafiq tibbi yardım göstərilsə də uşaq vəfat edib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti