Ağ Evdə terror həyacanı

Ağ Evdə terror həyacanı
  23 Oktyabr 2014    Oxunub:1913
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda növbəti dəfə Ağ Evə hücum cəhdi olub.

CNN telekanalının məlumatına görə, silahsız olduğu bildirilən bir gənc prezident iqamətgahına daxil olmağa cəhd edib.

Onun Merilend ştatının Dominik Adesanya adlı 23 yaşlı sakini olduğu bildirilir. Həmin şəxs Ağ Evin hasarından atlayaraq, binaya daxil olmağa çalışıb, lakin gözətçi itlərinin hücumuna məruz qalıb. Hadisə anbaan kameralara düşüb.

İnsident nəticəsində həmin şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun motivləri isə hələlik məlum deyil.

Ötən ay da 2 sutka ərzində Ağ Evə 2 analoji hücumun qarşısı alınmışdı.


Teqlər:





Xəbər lenti