Prezident və Məmmədyarov vitse-spikerlə görüşdü

Prezident və Məmmədyarov vitse-spikerlə görüşdü
  20 Oktyabr 2014    Oxunub:1240
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriya parlamentinin birinci vitse-spikeri Karlheynz Kopfu qəbul edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş əsnasında ikitərəfli əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb və iqtisadi, ticarət, enerji, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Həmçinin, Azərbaycan prezidenti İlham Əliyev də Avstriya parlamentinin vitse-spikeri Karlhaynts Kopfu qəbul edib.

Görüşdə ikitərəfli əməkdaşlığımızın səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib, bu baxımdan hər iki ölkə şirkətlərinin iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün perspektivlərin müəyyən edilməsinin önəmi bildirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti