Hava tutulacaq, yağış yağacaq
Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 7-10, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa düşəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 21-də bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: