İlham Əliyev və birinci xanım Goranboyda - Yenilənib

İlham Əliyev və birinci xanım Goranboyda - Yenilənib
  18 Oktyabr 2014    Oxunub:2349
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy rayonuna səfərə gəliblər.

Dövlət başçısı və xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Goranboy rayonunun mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər və Ulu Öndərin yeni ucaldılan abidəsinin ətrafında aparılan geniş abadlıq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri nəticəsində burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqlarının salındığı parkda orijinal memarlıq quruluşuna malik Heydər Əliyev Mərkəzi inşa edilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışında iştirak ediblər.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti