İlham Əliyev Naftalana baş çəkdi

İlham Əliyev Naftalana baş çəkdi
  18 Oktyabr 2014    Oxunub:1720
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Naftalan şəhərinə səfərə gəliblər.

Dövlət başçısı və xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naftalan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında iştirak etdilər.

Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev otelin əməkdaşları ilə görüşdü.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva elektromobillərlə otelin ərazisini gəzdilər.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Naftalan Hotel by Rixos” otelinin yeni korpusunda yaradılan şəraitlə tanış olublar.

Məlumat verildi ki, 2013-cü ilin aprelinədək “Qaşaltı” sanatoriyası adı altında fəaliyyət göstərən oteldə keçən il yenidənqurma işləri aparılıb. Sağlamlıq Mərkəzi Korpusunda Naftalan terapiyası ilə yanaşı, SPA terapiya, fizioterapiya və reabilitasiya, o cümlədən fitnes bölmələri fəaliyyət göstərir. Oteldə su prosedurları korpusu da yaradılıb. Yaxın gələcəkdə burada müasir rentgen, ultrasəs müayinəsi, stomatologiya, urologiya, kardiologiya, laboratoriya, hərəkət orqanları və dəri xəstəlikləri şöbələri fəaliyyət göstərəcək.



AzVision.az


Teqlər:  





Xəbər lenti