DİN: “Cəmil Həsənlinin qızı qəza törədib”

DİN: “Cəmil Həsənlinin qızı qəza törədib”
  02 Oktyabr 2014    Oxunub:2415
"Cəmil Həsənlinin qızı yol-nəqliyyat hadisəsi törədib və bunu hüquq-mühafizə orqanlarından gizlədib". AzVision.az xəbər verir ki, bu barədə apa-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib.

O qeyd edib ki, 10 gün əvvəl, sentyabrın 19-da saat 14:30 radələrində sürücü Günel Həsənli idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1928-ci il təvəllüdlü Ədilə Səlimovanı vurub: “Günel Həsənli xəsarət alan piyadanı götürərək xəstəxanaya aparıb. Sürücü məsuliyyətdən yayınmaqdan ötrü zərərçəkmiş şəxslə sövdələşib və həkimlərə yalan məlumat verib. Onlar bildiriblər ki, guya Ədilə Səlimova yıxılıb və Günel Həsənli yardım etmək məqsədi ilə onu xəstəxanaya aparıb. Lakin polis əməkdaşlarının apardığı araşdırmalar nəticəsində hadisənin əsl mahiyyəti üzə çıxıb və onların hər ikisi danılmaz faktlar qarşısında aciz qalaraq hadisəni etiraf edib”.

E. Zahidov həmçinin bilidirib ki, hazırda baş vermiş hadisə ilə bağlı təhqiqat araşdırmaları davam etdirilir və araşdırmaların nəticəsinə uyğun olaraq fakta hüquqi qiymət veriləcək.

Qeyd edək ki, C. Həsənli hazırda Milli Şuranın sədridir.

AzVision.az


Teqlər:  





Xəbər lenti