Azərbaycan İsraildə niyə səfirlik açmır? - AÇIQLAMA

Azərbaycan İsraildə niyə səfirlik açmır? - AÇIQLAMA
  02 Oktyabr 2014    Oxunub:9396
İsrail-Azərbaycan arasında dostluq münasibətinin, müsbət əlaqələrin olmasına baxmayaraq, hələ də İsraildə Azərbaycan səfirliyi açılmayıb. Dəfələrlə bu barədə məsələ qaldırılsa da Azərbaycanın bu ölkədə səfirliyinin açılması indiyədək mümkün olmayıb.

Bununla bağlı Azvision.az-a açıqlamasında milliyyətcə yahudi olan millət vəkili Yevda Abamova bildirib ki, İsraildə səfirliyin açılması birbaşa prezidentin səlahiyyətində ola məsələdir.

“Doğrudur, Azərbaycanda İsrail səfirliyi fəaliyyət göstərir, amma İsraildə Azərbaycan səfirliyi yoxdur. Buna görə də “niyə yoxdur?” sualı ilə mənə dünyanın hər yerindən müraciət edirlər. Millət vəkili səfir seçmir. Bu mənim səlahiyyətim deyil. Bu cənab prezidentin səlahiyyətində olan bir məsələdir. Hər kəs öz sferasını bilməlidir. Amma hər kəs xatircəm olsun ki, bir gün televiziyada eşidəcəklər ki, filankəs İsraildə Azərbaycanın səlahiyyətli səfiri təyin olunub. Belə bir gün olacaq”-deyə deputat vurğulayıb.

Qeyd edək ki, İsraillə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayından başlayıb. 1993-cü ilin avqustunda isə bu ölkənin Bakıda səfirliyi açılıb. İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. Bəzi ekspertər hesab edirlər ki, İsraildə Azərbaycan səfirliyinin açılmasına mane olan əsas faktor İrandır.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti