Həsən Həsənovun meyiti qaytarılır - Qardaşı

Həsən Həsənovun meyiti qaytarılır - Qardaşı
  30 Sentyabr 2014    Oxunub:2793
“Həsən Həsənovun meyitinin qaytarılması prosesi bu həftə baş tutacaq
Bunu AzVision.az-a açıqlamasında girovluqda öldürülən mərhum Həsən Həsənovun qardaşı Nail Həsənov deyib. Onun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsi onlara bu prosesin gizli keçiriləcəyini deyib:

“Bizə bildirdilər ki, proses müəyyən edilmiş qaydalara əsasən gizlin aparılacaq. Yaxın günlərdə qaytarılacaq. Bu gün və yaxud sabah da ola bilər”-deyə N.Həsənov vurğulayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə AzVision.az-a açıqlamasında bildirib ki, meyitini qaytarılması əməliyyatı baş tutduqdan sonra bu barədə açıqlama verə biləcəklər.

Xatırladaq ki, Həsən Həsənov işğal altında olan Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülərək öldürülüb. Ermənilər mərhum H.Həsənovu Dağlıq Qarabağda dəfn etdiklərini deyiblər. Dəfnə səbəb kimi meyiti saxlamaq üçün xüsusi şəraitin olmaması göstərilib.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti