Yük maşınları toqquşdu: 1 yaralı

Yük maşınları toqquşdu:  1 yaralı
  22 Sentyabr 2014    Oxunub:1035
Bakıda yol qəzası baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhərinin Binəqədi rayonunda “Kamaz” markalı yük avtomobili digər yük avtomobili ilə toqquşub.

Nəticədə “Kamaz”ın sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti