Şəmkirdə ev partladı: ana-bala yaralandı

Şəmkirdə ev partladı: ana-bala yaralandı
  22 Sentyabr 2014    Oxunub:1247
Şəmkirdə yaşayış evində partlayış olub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 21-də saat 08 radələrində qeydə alınıb.

Partlayış rayonunun İrmaşlı kəndində Ayşən Həmzəyevanın yaşadığı evdə olub. Hadisəyə səbəb təbii qazın sızması olub. Ani partlayış yanğına keçib.

Dağıntı olmasa da ev sahibi A.Həmzəyeva və azyaşlı oğlu Səfəralı yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


Teqlər:





Xəbər lenti