Saakaşvilinin pulları da əlindən alındı

Saakaşvilinin pulları da əlindən alındı
  21 Sentyabr 2014    Oxunub:2046
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin ölkədə olan bütün bank hesablarına həbs qoyulub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili Otar Kaxidze bildirib.

Qeyd edək ki, Gürcüstanda M.Saakaşviliyə qarşı bir neçə ittiham irəli sürülüb. Sentyabrın 19-da Gürcüstan Baş Prokurorluğu Saakaşvilinin istintaqdan yayındığına görə əmlakına həbs qoyulduğunu elan edib. Vəkilin sözlərinə görə, həbs Saakaşvilinin şəhərkənarındakı evinə, həmçinin, onun yoldaşının, anasının və nənəsinin evlərinə və avtomobillərinə qoyulub.

Mixail Saakaşvili, öz növbəsində, ailəsinin əmlakının həbsində Bidzina İvanişvilini günahlandıraraq, həbs faktını qanuna zidd addım adlandırıb.

Qeyd edək ki, Mixail Saakaşvili yeni prezident Georgi Marqvelaşvilinin inuqurasiyasından dərhal sonra ölkəni tərk edib və o vaxtdan bir daha geri dönməyib.

Baş prokurorluq Saakaşvilinin beynəlxalq axtarışa verilməsi proseduruna başlayıb. Hazırda ABŞ-da yaşayan eks-prezident Gürcüstanda ona və onun tərəfdarlarına qarşı siyasi təqib həyata keçirilir.



Teqlər:





Xəbər lenti