UEFA prezidenti rüşvət aldı

UEFA prezidenti rüşvət aldı
  20 Sentyabr 2014    Oxunub:4877
UEFA prezidenti Mişel Platini rüşvət hesab edilən bahalı saatı geri qaytarmaqdan imtina edib.
Mişel Platini Braziliya Futbol Konfederasiyasından hədiyyə kimi aldığı saatın dəyərinə bərabər məbləği xeyriyyə təşkilatına ödəyəcək.

M.Platini bu qərarını 2020-ci il Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin adları elan ediləndən sonra keçirilmiş mətbuat konfransında özü açıqlayıb.

Qeyd edək ki, Braziliya Futbol Konfederasiyası yüksək vəzifəli bir neçə futbol məmurunun hər birinə konfederasiyanın 100 illiyi münasibətilə 8750 dollar dəyərində saat hədiyyə etmişdi. Lakin FİFA həmin məmurlara bu saatları geri qaytarmağı tapşırmış, onların rəmzi xarakter daşımadığını və FİFA qanunlarına zidd olduğunu qeyd etmişdi.

Təşkilat bu iş üzrə araşdırmanı tamamlayaraq qərara alıb ki, sözügedən 65 saatın hamısı oktyabrın 24-dən gec olmayaraq geri qaytarılmalı və qeyri-kommersiya təşkilatlarına verilməlidir.

“Bu əhvalat və saatın dəyəri məni çox təəccübləndirdi. Bu saat hədiyyə idi və mənim tərbiyəm hədiyyəni geri qaytarmağa imkan vermir. Amma mən saatın dəyərini öyrənib həmin məbləği xeyriyyə təşkilatına ödəyəcəyəm” - deyə Platini hədiyyəni geri qaytarmamaq qərarını əsaslandırmağa çalışıb.


Teqlər:  





Xəbər lenti