ABŞ yenə İŞİD-ı vurdu: Ölənlər var

ABŞ yenə İŞİD-ı vurdu: Ölənlər var
  17 Sentyabr 2014    Oxunub:1281
ABŞ aviasiyası yenidən Bağdad yaxınlığında yerləşən İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlılarına aviazərbələr endirib.
AzVision.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi ABŞ Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, son iki gün ərzində ABŞ aviasiyası Bağdad yaxınlığında İŞİD qüvvələrinə üç dəfə zərbə endirib. Bu aviazərbələr nəticəsində bir qrup İŞİD yaraqlısı, onlara məxsus zenit qurğusu və Fərat çayında iki gəmisi məhv edilib.

Ümumilikdə, ABŞ İraqda İŞİD yaraqlılarına 167 aviazərbə endirib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti