Deputat Eldar Əzizovun yas qadağasını dəstəklədi

Deputat Eldar Əzizovun yas qadağasını dəstəklədi
  02 Sentyabr 2014    Oxunub:3330
“Bu, adət-ənənə dinə ziddir. İslamda belə şey yoxdur”
Millət vəkili Fazil Mustafa Sumqayıtın icra başçısı Eldar Əzizovun yas mərasimlərinə qoyduğu qadağanı dəstələyib.

Deputat AzVision.az-a açıqlamasında icra başçısının bu addımını müsbət qiymətləndirərək israfçılığın yolverilməz olduğunu bildirib.

“Bu, çox yerində atılan addımdır. İsrafçılığın qarşısını almaq üçün müsbət yanaşmadır. Bəlkə də bu, insanların iradəsinə zidd olan hal kimi qiymətləndirilə bilər. Çünki insanın seçimi var. Amma ümumiyyətlə israfçılığın qarşısının alınması üçün, insanların vəziyyətinin yüngülləşdirilməsi üçün belə inzibati metod bir müddətlik daha faydalıdır. Bunun həmişəlik tətbiq olunmasını doğru hesab etmirəm. Amma insanlar öyrəşənə qədər belə sərt qaydaların olmasını müsbət qarşılayıram. İctimai dəstək lazımdırsa, biz də dəstək vermıyə hazırıq. Çünki Azərbaycan cəmiyyəti öz arasında hansısa problemi çözmək iqtidarında deyil, mütləq hansısa inzibati qayda gözləyir”.

Məsələnin dini tərəfinə gəlincə isə F.Mustafa qeyd edib ki, dində belə bir şey yoxdur: “Bu adət-ənənə dinə ziddir. Biz İslam mənsubuyuqsa, İslamda belə şey yoxdur”.

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdə keçirilən yas mərasimləri ilə bağlı qadağa qoyub.

İcra başçısının tapşırığına əsasən, yas mərasimlərdə ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti