Deputat Mikayıl Cabbarovdan xahiş edəcək

Deputat Mikayıl Cabbarovdan xahiş edəcək
  29 Avqust 2014    Oxunub:2057
Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun yaxşı təhsil göstəriciləri olan Qaraxanlı kəndində müəllim ailələrini ziyarət edib və onlara yeni məktəb tikintisi ilə bağlı hökumətə xahiş edəcəyini deyib.
AzVision.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Qaraxanlı kəndində müəllim ailələrini ziyarət edib, qayğı və problemlərlə maraqlanıb.

Qaraxanlı kəndinin məktəbinin vəziyyəti ilə maraqlanan millət vəkili Qənirə Paşayevaya müəllimlər Qaraxanlı kəndinin məktəb binasının çox ağır vəziyyətdə olması və yeni məktəb binasına ciddi ehtyac olması və bu istiqamətdə millət vəkili kimi dəstək göstərməsini xahiş ediblər.

Məktəbi ziyarət edən millət vəkili məktəbə dəfələrlə baş çəkdiyini və doğurdan da müasir standartlara uyğun yeni məktəb binasına ehtiyacı olduğunu bildirərək bununla bağlı Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini və bu müraciətə müsbət yanaşılacağına ümid etdiyini də vurğulayıb.




Teqlər:  





Xəbər lenti