Xədicə İsmayılın 2,4 milyonluq qrant davası

Xədicə İsmayılın 2,4 milyonluq qrant davası
  27 Avqust 2014    Oxunub:5806
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda müstəqil medianın inkişafı üçün elan etdiyi 2,4 milyon dollarlıq qrant müsabiqəsinə sənəd təqdim edənlərin adları məlum olub.

AzVision.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində bildirib.

Vəkilin sözlərinə görə, USAİD-in elan etdiyi qrant müsabiqəsinə 3 iddiaçı var.

"Bir neçə ay öncə USAİD 2,4 milyon dollar həcmində qrant müsabiqəsi elan edib. Bildiyimə görə, 3 iddiaçı var - İREX və “İnternyus” təşkilatları. Üçüncü iddiaçı isə öz çevrəsi ilə Xədicə İsmayılovadır. O, araşdırma jurnalistikasının inkişaf etdirilməsi ilə bağlı layihə təklifi verib".

E.Sadıqovun fikrincə Media Hüququ İnstitutuna (MHİ) qarşı Xədicə İsmayılova tərəfindən aparılan kampaniya da məhz bu qrant müsabiqəsi ilə bağlıdır:

“Müsabiqəni İREX və “İnternyus” qazanacağı təqdirdə, onlar MHİ ilə əməkdaşlığı davam etdirəcəklərini bildiriblər. Mən belə nəticə çıxarmaqda tamamilə haqlıyam ki, Xədicə İsmayılovanın mənim və əməkdaşlıq etdiyim MHİ-nin əleyhinə qaralama kampaniyasının məqsədi qrant müsabiqəsinin əsas iddialıları olan iki təşkilatın tərəfdaşsız qalması görüntüsünü yaratmaqla öz layihəsinə əlavə şans qazandırmaqdır. Məsələ bu qədər sadədir. Ancaq vicdanlı mübarizədə, rəqabətdə bu ən son yolllardandır".

Vəkil bildirir ki, Xədicə İsmayılovanın təkcə jurnalistlərə qarşı böhtan və təhqirə görə 4-5 iddiası var.

"Başqa çoxsaylı işləri ilə bərabər bütün bu işlərini də aparmışıq, artıq Avropa Məhkəməsindədir. "Azadlıq" qəzetində olduğu kimi, ona da poçtalyonluq etmişik, hüquqlarının qorunması üçün hüquqçunun edə biləcəyi hər şeyi etmişik. Xədicə xanım böhtanın, təhqirin nə olduğunu Azərbaycanda ən yaxşı anlayanlardan olmalıdır. Ancaq o, mənə böhtan atdı. Yazıb ki, mən Rəsul Cəfərovun əleyhinə ifadə vermişəm. Belə davranış bəlkə də sizin üçün önəmsiz ola bilər, ancaq mənim üçün çox önəmlidir. Əminəm ki, Xədicə xanım belə bir ifadənin olmadığından xəbərdardır, bilə-bilə qara yaxdığını da dəqiq bilir. Odur ki, Xədicə xanım bu yazdıqlarını təkzib etmək, üzr istəmək zorundadır. Özünə hörmət edən, jurnalist azadlığının sərhədlərinin harda başlayıb-harda bitdiyini bilməli olan qələm adamı bunu sübut etməli və ya ən azı bunu təkzib edərək, məndən üzr istəməlidir..." .



Teqlər:  





Xəbər lenti