Gül vida çıxışında Qarabağdan danışdı

Gül vida çıxışında Qarabağdan danışdı
  27 Avqust 2014    Oxunub:2621
Türkiyənin səlahiyyət müddəti başa çatan prezidenti Abdulla Gül vida çıxışında Qarabağ münaqişəsindən danışıb.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Gül vida çıxışında hakimiyyəti dövründə Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni yanaşmalar təklif etdiyini bildirib.

“Asiya dövlətləri və hazırda inkişaf edən ölkələrlə əməkdaşlığı genişləndirdim. Afrika və Latın Amerikası kimi uzaq yerlərə səfər etdim. Başda Fələstin və Dağlıq Qarabağ olmaqla bölgəmizin xroniki xarici siyasətində münaqişələrin həlli ilə bağlı yeni fikirlər təklif etim. Bəzi regional əməkdaşlıq, qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün şərait yaratdım və Türkiyə olaraq ev sahibliyi etdik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti