İlham və Fərizəyə görə cinayət işi açıldı

İlham və Fərizəyə görə cinayət işi açıldı
  22 Avqust 2014    Oxunub:3452
Avqustun 21-dən 22-ə keçən gecə paytaxtın Şəhidlər Xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb.
Baş prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində tapşırılıb.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, ötən gün Şəhidlər Xiyabanına gedən Əşrəf Həşimov adlı Bakı sakini İlham və Fərizənin qəbirlərinin şəkilini paylaşıb.AzVision.az xəbər verir ki, hər iki şəkilin üzərində ləkələr olan şəkil Facebook istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.

Ə.Həşimov qeyd edir ki, həmin ləkələrin boya olduğunu zənn edib: ` Yaxınlaşandada bunun boya yox nəcis olduğun gördüm. Bu nəcisin məzar daşına necə yayıldığın anlamasam da, bunun necə gözə çarpmadığını anlamadım`.



Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti