AzTV-nin əməkdaşı iş başında öldü

AzTV-nin əməkdaşı iş başında öldü
  21 Avqust 2014    Oxunub:2603
Füzuli rayonunda bədbəxt hadisə baş verib
AzVision.az xəbər verir ki, Füzuli Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 10 radələrində qeydə alınıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi, 1955-ci il təvəllüdlü, Ağaqulu Əliağa oğlu Mürvətov Horadiz qəsəbəsində rəsmi tədbir zamanı generator maşınında olarkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti