AKP İlyas İsmayılovu qurultaya çağırdı

AKP İlyas İsmayılovu qurultaya çağırdı
  21 Avqust 2014    Oxunub:1358
Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov və partiya sədrinin müavini Mütəllim Rəhimli Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 1-ci fövqəladə qurulutayına dəvət olunub.

Bununla bağlı dəvət məktubu artıq partiyaya daxil olub. Dəvət məktubunda Ədalət Partiyasının sədri İlyas İsmayılov və sədr müavini Mütəllim Rəhimli AKP-nin Ankaranın Arena İdman Salonunda keçiriləcək 1-ci fövqəladə qurultayına dəvət olunduğu bildirilib. İlyas İsmayılovun avqust ayının 27-də keçiriləcək qurultayda iştirak etmək niyyətində olduğu bildirilib.

Bu hadisə, Ədalət Partiyasının fəaliyyətinin qardaş ölkə siyasiləri tərəfindən diqqətlə izlənildiyini göstərir. Ədalət Partiyası bundan sonra da “Bir millət, iki dövlət” prinsipini daim öz əməli fəaliyyətində həyata keçirməyə çalışacaq.


Teqlər:





Xəbər lenti