Həccə gedənlərdən barmaq izi tələb olunacaq

Həccə gedənlərdən barmaq izi tələb olunacaq
  31 İyul 2014    Oxunub:1034
Bu il Səudiyyə Ərəbistanına gedəcək müsəlmanlar yeni prosedurlardan keçəcək.
AzVision.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Həcc Nazirliyi məlumat yayıb.

Bildirilir ki, həcclə bağlı qaydalarda iki dəyişiklik həyata keçiriləcək. Belə ki, hacı olmaq istəyənlərdən səyahət etmək üçün sağlamlıq haqqında sənəd və barmaq izi tələb olunacaq

Bu prosedur ilk dəfə tətbiq olunacaq. Yeni dəyişikliklər müsəlmanların gömrükdən girişini asanlaşdırmaq məqsədilə edilib. Hacı olmaq istəyən müsəlmanlar sağlamlıq haqqında sənədi öz həkimlərindən ala biləcəklər. Barmaq izi vermək isə xüsusi səyyar xidmət vasitəsi ilə mümkün olacaq.

Sevinc


Teqlər:





Xəbər lenti