`Qəlbimizdə Qarabağ nisgili var` - Şeyx

`Qəlbimizdə Qarabağ nisgili var` - Şeyx
  29 İyul 2014    Oxunub:903
"Hamımızın qəlbində bir Qarabağ nisgili var, Allah-Təala tezliklə torpaqlarımızın azad olunmasını bizlərə nəsib etsin, İnşallah. Tezliklə Qarabağdakı məscidlərimizdən azan səsləri ucalsın".
AzVision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bayram namazından sonra məscidə toplaşanlar qarşısında çıxış edərək deyib.

Daha sonra, Şeyx bayram münasibəti ilə təbriklərini çatdırıb:

"Ramazan ayı başa çatdı, bu gün bütün məscidlərimizdə bayram namazları qılınır. Mən xalqımıza bayram təbrikimi çatdırmışam, bu gün bizimlə birgə bayram namazında iştirak edən dindarlarımızı bir daha Mübarək Ramazan bayramı münasibəti ilə təbrik edir, tutduğunuz orucların, qıldığınız namazların qəbul olunmasını Allah-Təaladan diləyirəm. Bizlərə bayram namazını belə azad şəkildə qılmaq səadəti nəsib olub. Məscidlərin bağlanması, dini bayramların qadağan olunması tarixdə qaldı. Allah bizlərə müstəqil dövlətdə yaşamaq kimi böyük bir nemət bəxş edib. Biz də bu nemətin qədrini bilməli, Azərbaycanı qarışdırmaq istəyən, təfriqə salmağa çalışanlardan qorumalı bacarmalıyıq. Bu müstəqilliyi qazanmaq üçün şəhidlər vermişik, Allah onların ruhlarını şad etsin".

Daha sonra Şeyx ölkə prezidenti İlham Əliyevin bayram təbriklərini çatdırıb:

"Bir gün əvvəl prezident İlham Əliyev cənabları ilə telefonda danışdım, ölkə rəhbəri Ramazan bayramı ilə bağlı təbriklərini sizlərə çatdırmağı məndən xahiş etdi. Prezident həzrətlərinin ən xoş arzularını sizə yetirirəm. Bir daha Ramazan bayramınızı təbrik edirəm”.


Teqlər:





Xəbər lenti