Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  29 İyul 2014    Oxunub:766
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 30-da Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.

Rayonlarda da hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 19-24, gündüz 32-37 dərəcə, dağlarda isə gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti