Deputat şeyxi tərifləyənlərə `yaltaq` dedi

Deputat şeyxi tərifləyənlərə `yaltaq` dedi
  28 İyul 2014    Oxunub:956
“Bəzi tanıdığım insanlar bizim açıqlamalardan sonra guya mənim acığıma durub Qafqaz Müsəlmanları İdərəsinin sədri hörmətli Allahşükür Paşazadəyə dəstək verdiklərini bəyan edirlər”.
AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa haqqında deyilənlərə cavab verərkən bildirib.

Deputat bəzi opponentlərini şeyxə yaltaqlanmaqda ittiham edib:

“Tövsiyə edərdim ki, Şeyxə yaltaqlanmaq üçün başqa vasitələr seçsələr daha yaxşı olardı. Çünki mən ayrıca Şeyxi ittiham edən hansısa açıqlama verməmişəm. Onunla münasibətim də kifayət qədər səmimidir və istənilən məsələni sərbəst şəkildə müzakirə edə bilirik. Bir sıra məqamlarda da dindarlara qarşı təzyiqlərə qarşı müsbət davranışlarının da şahidi olmuşam. Biz yanlış ənənəni tənqid etmişik, ümidvaram ki, bu yanlışların düzəldilməsi istiqamətində addımlar atılacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti