Azərbaycanda yol terroru: 11 ölü, 3 yaralı

Azərbaycanda yol terroru: 11 ölü, 3 yaralı
  26 İyul 2014    Oxunub:845
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 76 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti