`Hamını irançı olmağa məcbur etmək olmaz`- Fazil Mustafa

`Hamını irançı olmağa məcbur etmək olmaz`-  Fazil Mustafa
  25 İyul 2014    Oxunub:1325
Böyük Qurtuluş Partiyasının rəhbəri, millət vəkili Fazil Mustafa Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fətvasını tənqid edib. Deputat bildirib ki, bayram namazının İranla eyni günə salınması İran dininin mənəvi müstəmləkəsində olduğumuz anlamına gəlir.
“Dünyanın hər yerində Bayram namazı 28 iyuldadır. Yalnız İranda və Azərbaycanda 29 iyula təyin olunub. Deyəsən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fətvası qum saatına baxılaraq yazılıb, Şamaxı Rəsədxanasının teleskoplarının da gözünü qum tutub. Nəinki Güneyimiz, elə Quzeyimiz də hələ ki, İran dininin mənəvi müstəmləkəsi olaraq qalır. Kim istəyirsə gedib öz namazını İran ayətullalarının arxasında qılsın. Müstəqil bir dövlətin İranın köçürməsinə çevrilməyi utancverici bir haldır.

Türk vücudu, fars beyni buna deyərlər. Burada kiminsə dinindən, məzhəbindən söhbət getmir. Sadəcə necə olur ki, bizim ramazan təqvimi hər zaman İranın təqvimi ilə üst-üstə düşür? Demokratik yanaşma onu tələb edir ki, Azərbaycanda 28-i də, 29-da insanlara imkan tanınmalıdır ki, öz seçimlərinə görə bayramlarını qeyd etsinlər. Hamını irançı olmağa məcbur etmək olmaz. İranı təqlid edirsinizsə, İran Ermənistana da dəstək verir, buyurub bu məsələdə də müctəhidlərinizi təqlid edin!”.

AzVision.az


Teqlər:  





Xəbər lenti