Ukraynada iki hərbi təyyarə vurulub

Ukraynada iki hərbi təyyarə vurulub
  23 İyul 2014    Oxunub:776
Snejnoy şəhərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki hərbi təyyarə vurulub.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası”nın rəsmiləri bildirib.

Məlumata əsasən vurulan təyyarələrdən birini pilotu vaxtında katapulta edib, digər “Su-25” tipli təyyarə isə vurulmasına baxmayaraq şimal istiqamətində gözdən itib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti