Elmar Vəliyev: `Jurnalistlər bizim....`

Elmar Vəliyev: `Jurnalistlər bizim....`
  22 İyul 2014    Oxunub:780
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuat günü münasibətilə jurnalistləri təbrik edib.
AzVision.az xəbər verir ki, icra başçısı təbrik məktubun İH-nin Facebook səhifəsində paylaşıb:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərtərəfli qayğısı və diqqəti sayəsində ulu Gəncə bu gün dünya şöhrətli, müasir şəhər səviyyəsinə yüksəlib, beynəlxalq tədbirlərin mərkəzinə çevrilib, qədim tarixi, zəngin mədəniyyəti, sürətli tərəqqisi ilə diqqət çəkən “möcüzələr diyarı” olub. Bu gün Gəncənin bütün sahələrində geniş vüsətli inkişaf hər birimizdə qürur və fərəh doğurur. Yüksək göstəricilər, şəhərin gündən-günə çiçəklənməsi, gəncəlilərin arzu və istəklərinin reallaşması, ölkə rəhbərliyi tərəfindən verilən tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi, insanların daha yaxşı yaşaması istiqamətində həyata keçirdiyimiz tədbirlərdə, gördüyümüz işlərdə mətbuat işçiləri bizim ən yaxın köməkçilərimizdir. Demək olar ki, fəaliyyətimiz boyu onlar bizimlə çiyin-çiyinə çalışırlar, fədakarlıq göstərirlər, şəhərin yüksəlişində qüvvə və bacarıqlarını əsirgəmirlər. Mətbuat işçiləri əməlləri, əqidələri ilə dövlətçiliyimizə, Vətənimizə və xalqımıza şərəfli xidmət, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sədaqət nümunəsi göstərir, qələbə və zəfər yollarımızı işıqlandırırlar.

Gəncə şəhər rəhbərliyi olaraq, milli mətbuat günü münasibətilə KİV nümayəndələrini, şəhərimizdə fəaliyyət göstərən region jurnalistlərini, bütün mətbuat işçilərini ürəkdən təbrik edir, hər zaman onlara iti qələm, parlaq zəka, ən gözəl nemət olan can sağlığı, yeni yaradıcılıq uğurları, səadət, əmin-amanlıq, ülvi və xoş duyğular arzulayıram.

Bayramınız mübarək olsun, əziz mətbuat işçiləri!


Teqlər:





Xəbər lenti