Serj Sarkisyan: “Türklər bizim düşmənimiz deyil”

Serj Sarkisyan: “Türklər bizim düşmənimiz deyil”
  24 Aprel 2014    Oxunub:2014
Ermənistan prezidenti Serj Sarkisyan 24 aprel qondarma `erməni soyqırımı` ilə bağlı açıqlamasında Türkiyəni düşmən hesab etmədiklərini deyib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sarkisyan Türkiyənin soyqırımı inkar etdiyini, buna baxmayaraq onların ölkə əhalisini düşmən kimi görmədiklərini vurğulayıb:

“Erməni soyqırımı Türkiyənin inkar siyasəti kimi aktualdır. Bir cinayəti inkar etmək onu davam etdirmək deməkdir. Bu cür cinayətlərin gələcəkdə də baş verməməsi üçün onu tanımaq və qınamaq mümkündür. İctimaiyyət qarşısında bunu da vurğulamaq istəyirəm ki, biz türk əhalisini düşmən hesab etmirik. Günahsız qurbanların xatirəsi önündə baş əyərkən soyqırım günlərində erməni qonşularına kömək əlini uzadan türkləri də anırıq. Həmvətənlərimizə kömək etməklə özlərini və ailələrini təhlükəyə atan türklərin xatirlərini müqəddəs sayırıq”.

Fatimə Kərimli





Teqlər:  





Xəbər lenti