Lavrov: `Rusiya hər an hücuma keçə bilər`

Lavrov: `Rusiya hər an hücuma keçə bilər`
  23 Aprel 2014    Oxunub:881
Lavrov Ukraynda rus qoşumlarını Ukrayna ilə sərhəddə nə üçün dayandıqlarına aydınlıq gətirib.

Rusiyanın xarici işlər naziri Serqey Lavrovbəyn edib ki, Rusiya vətəndaşlarını hüquqları tapdalanarsa, maraqları nəzərə alınmazsa, Rusiya ordusu hərəkətə keçəcək. AzVision.az bu barədə Reuters agentliyinə istinadən xəbər verir.

Lavrovun sözlərinə görə, Rusiya heç vaxt Ukrayna ilə sərhədə əlavə qoşun göndərdiyini gizlətməyib.

`Ukrayna hökuməti də elə bizim kimi edib. Qoşunlarını bir hissəsini ölkənin cənub-şərq regionlarına göndərib. Bizim qoşunlarımız Rusiya ərazisində qərarlaşıb. Əsgərlərimiz hərbi təlimlər keçiriblər. Bu normaldır, çünki ordu özünü həmişə döyüşə hazır hiss etməlidir. Əgər Rusiya vətəndaşlarının maraqlarına zidd addımlar atılarsa, başqa çıxış yolumuz yoxdur, beynəlxalq qanunvericilik normaları çərçivəsində cavabımızı verəcəyik`,- deyə Lavrov məsələyə aydınlıq gətirib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti