Bir nəfər özünü Masazır gölünə atıb

Bir nəfər özünü Masazır gölünə atıb
  18 Aprel 2014    Oxunub:1069
Bakıda daha bir nəfər intihara cəhd edib.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən AzVision.az xəbər verir ki, Abşeron rayonu, Masazır qəsəbəsində 1 nəfər intihar məqsədi ilə özünü Masazır gölünə atıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər intihar etmək istəyən vətəndaşı sudan çıxararaq intihara cəhdin qarşısını alıblar.

Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:40-da başa çatıb.


Teqlər:





Xəbər lenti