“Abutalıbov çadırda gecələmir”- AÇIQLAMA

“Abutalıbov çadırda gecələmir”- AÇIQLAMA
  15 Aprel 2014    Oxunub:1033
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova Bakı meri Hacıbala Abutalıbovun Heydər Əliyev sarayının qarşısındakı parkda çadırdan mənzil-qərargah tikdirməsinə münasibət bildirib.

AzVision.az-a açıqlamasında qurum rəsmisi bildirib ki, Hacıbala Abutalıbovun gecələr çadırda gecələməsi yalandır:

“Gül bayramına hazırlıq ərəfəsində həmişə çadırlar qurulur. Həmin çadırda isə növbətçilər, polislər, bizim işçilər növbətçi kimi gecə də qalırlar. Orada yemək yeyib, su içirlər. Bəs necə olmalıdır? Acından ölməlidirlər?. Bu, hər il olur, təzə bir şey deyil”.

Qurum rəsmisinin sözlərinə görə, qurulan çadır bayrama hazırlığı həyata keçirən işçilər üçün nəzərdə tutulub:

“Hələ ki, hazırlıq işləri gedir. Bilirsiniz ki, bu hazırlıq bir–iki günün işi deyil. Hacıbala müəllim Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəridir. Bu bayram onun rəhbərliyi ilə keçirilir. Amma bu hazırlıq işləri həmişə olub, çadır həmişə olub. Həmin çadırda isə növbətçilər, polislər olur. Yağışda, küləkdə orada otura bilsinlər. Cavan uşaqlardan kimsə yazırsa, yəqin ki xəbəri yoxdur”.

Qeyd edək ki, 2004-cü ildən başlayaraq, hər il mayın 10-da, mərhum prezident Heydər Əliyevin doğum günündə Bakı şəhər İcra Hakimiyyəti paytaxtda gül bayramı təşkil edir. Budəfəki gül bayramı Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə təsadüf edir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti