Ukrayna Şərq vilayətlərinə qoşun göndərdi

Ukrayna  Şərq vilayətlərinə qoşun  göndərdi
  15 Aprel 2014    Oxunub:1506
“Slavyanska tanklar , Kramatorska BTR-lər gəlir”.
Ukrayna hərbi qüvvələrinin tankları və ağır hərbi maşınlarıı Slavyansk və Donetsk vilayətlərinə doğru hərəkət edirlər. AzVision.az-ın rus mətbuatına istinadla verdiyi xəbərə görə, bu barədə Slavyansk özünümüdafiə batalyonun komandiri, Slavyansk şəhərinin müvəqqəti meri Vyaçeslav Ponamoryov xəbər verib.

Onun sözlərinə görə, şəhərə ağır zirehli texnika yaxınlaşır və o, qan tökülməsini istəmir.

“Müxtəlif istiqamətlərdən hərbi texnikanın şəhərə doğru gəlməsi barədə xəbərlər daxil olur... Əsas odur ki, biz qan tökülməsini istəmirik. Danışıqlara köklənmişik”- Ponamaryov deyib.

O bildirib ki, şəhərdə hüquq-mühafizə orqanlarını işi bərpa olunub. Hazırda onlar “ekstremistlərə qarşı şəhərin təhlükəsizliyini təmin edirlər”.

Ukraynanın federallaşmasını istəyənlərin nəzarəti altında olan Kramatorsk şəhərinə ( Donetsk vilayəti ) də Ukrayna hökuməti hərbi texnika, o cümlədən BTR-lər göndərib. Burada isə vəziyyətin daha gərgin olduğu bildirilir. Hər an yeni hökumət tərəfdarları ilə Rusiyameylli qüvvələr arasında silahlı toqquşma baş verə bilər. Yerli sakinlər təşviş içərisindədir. Hadisələrin növbəti inkişafı ilə bağlı xəbərləri bizdən izləyin.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti